Xəbər lenti
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Kitaba müəllifin son illər apardığı tədqiqatların yekunu olan, XX əsr Azərbaycan ədəbi gedişatının ideya-estetik mahiyyətini özündə ehtiva edən əsərləri toplanıb. Müxtəlif mətbuat orqanlarına verilmiş müsahibələrdə müasir tənqid və ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri dövriyəyə gətirilir.
“Sözün yaşamaq haqqı” kitabında “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında”, “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni”, “Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində”, “Klassikləri oxumağın Həmid Araslı dərsləri” və başqa tədqiqatlar yer alıb.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir. 460 səhifəlik kitab “Sabah” nəşriyyatında çap olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar