Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

Tarix: 28-03-2022 13:59     Baxış: 4139 A- / A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, Sərəncamda məqsəd Milli Olimpiya Komitəsinin təsis olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini nəzərə alaraq, habelə Azərbaycanda Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etməkdir.
Sərəncama əsasən, Nazirlər Kabineti Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Sərəncamda deyilir ki, 2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur:
"Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, yüksək nəticələr qazanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırmışlar.
Milli Olimpiya Komitəsinin mötəbər idman yarışlarının təşkili istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük uğurla keçirilmişdir. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda əks-səda doğurmuş, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar