Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Putin və Ərdoğan Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ

Tarix: 28-03-2022 08:07     Baxış: 3238 A- / A+

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bazar günü telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

"Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə olunub. Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna danışıqlar nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər", - Türkiyə Prezidentinin Dəftərxanasından jurnalistlərə bildirilib.

Ərdoğan Rusiya lideri ilə telefon danışığı zamanı həmçinin bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında sülhün təşviqinə davam edəcək.

"Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, eləcə də regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə bu prosesə öz töhfəsini verməyə davam edəcək", - Türkiyə Prezidenti Dəftərxanasından əlavə olunub.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar