Xəbər lenti
Putinə qurulan BÖYÜK TƏLƏ: ya istefa, ya da...

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Rusiyanın biznes və siyasi elitası arasında Vladimir Putinə müxalif olan bir qrup nüfuzlu fiqur formalaşır. Onların məqsədi Putini tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaq və Qərblə iqtisadi əlaqələri bərpa etməkdir” - kəşfiyyatdan bildirilib.
Məlumata görə, Rusiya Federasiyasının siyasi elitasının müəyyən hissəsi Federal Xidmətin direktoru Aleksandr Bortnikovu Putinin varisi hesab edir. Ancaq o, son vaxtlar Rusiya liderinin gözündən düşüb. FTX rəhbərinin rüsvay olmasının rəsmi səbəbi Ukraynaya qarşı müharibədə riskli səhv hesablamalardır.
“Məlumdur ki, Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu üzvləri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları, xüsusən də zəhərlənmə, qəfil xəstəlik və ya digər “təsadüflər”i nəzərdən keçirirlər” - Ukrayna kəşfiyyatı qeyd edib.
Kəşfiyyat məlumatlarına görə, bu proseslərin Kiyevin şimalında mövqe tutan çeçen bölmələrinin son vaxtlar “boşaldılması” ilə bağlı olması mümkündür: “Yəqin ki, FTX rəhbərliyi Kadırovun təsirini belə zəiflətməyə çalışır. Bu, həm də Rusiya Federasiyasının hazırkı rəhbərliyindən yan keçərək, əvvəlcədən Ukrayna hakimiyyəti ilə əməkdaşlıq qurmaq cəhdi ola bilər”.
Qərb kəşfiyyatına görə, Rusiya lideri beyin pozğunluğundan əziyyət çəkir. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar