Xəbər lenti
Ədalətin təntənəsi
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Ulu Öndər Heydər Əliyev ("Azərbaycan" qəzeti, 24.03.1998)
Azərbaycan xalqı adil, ədalətli xalqdır. Bizlər daim multikultural dəyərlərə sahib çıxmış, bu coğrafiyada yaşayan xalqlara qarşı xoşgörülü yanaşmış və həmin misilsiz neməti günümüzə kimi qoruyub saxlamağı bacarmışıq. Bizi biz edən, digərlərindən fərəqləndirən həm də bu insani, ülvi dəyərlərə sahib olmağımızdır.
Bizlər hətta savaşda belə müharibə qanunlarına riayət edərək ləyaqətlə, səbrlə, mülki əhaliyə, infrastruktura toxunmadan bu haqq davasını aparmış və Azərbaycan xalqının böyüklüyünü, rəhbərliyinin məsuliyyətliliyini bir daha dünyaya isbat etmişik.
İkinci Qarabağ müharibəsi birmənalı olaraq haqq-ədalətin təntənəsidir. Biz öz torpağımızda düşmən ordusunu məhv edərək illərdir BMT qərarlarlarında vurğulanan, ancaq heç bir vəchlə həyata vəsiqə qazanmayan ədaləti bərpa etdik, bütün beynəlxalq qurumların tanıdığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdik.
Mart ayıdır. Yurdumuza bahar gəlir. Artıq iki ildir Odlar Yurdunun Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Novruz bayramı özü də ədalətin təntənəsidir. Min illərdir Azərbaycan xalqı bərabərliyi, təbiətin ədalətini bayram edir. Vətən həsrətimizə son qoyan, Şuşamızda Novruz tonqalını alovlandıran, üçrəngli bayrağımızı Qarabağa sancan, illərdir düşmən tapdağı altında qalan məzarlardakı əcdadlarımızın ruhuna rahatlıq gətirən isə sözsüz ki, yenilməz Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Heydər oğlu Əliyevdir.
Bəli, ümummilli lider Heydər Əliyevin özü qədər inandığı cənab Prezident İlham Əliyev öndərin suveren torpaqlarımızın bütövlüyünün təmini missiyasını uğurla həyata keçirdi. Bu yol hamar, asan olmasa da, amma bu nahamar yolda ədalət nə qədər topal olsa gec-tez çatacağı ünvanı tapdı. 1992-1993-cü illərdə analarının ağuşunda Qarabağdan didərgin düşən körpələr 2020-ci ildə tank belində işğalçıları Qarabağdan təmizlədilər. Bütün bunlar da düşünülmüş siyasətin, uzaqgörənliyin məhsulu idi. Cənab Prezident gənclərlə görüşlərinin birində bu barədə qeyd edir: “...Mən buna bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir” (president.az 17.03.2022).
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu ədaləti bərpa etdi, doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə ədalətin təntənəsi olan Novruz bayramını qeyd edirik.
Tural Vəlizadə
Qərbi Kaspi Universiteti “Siyasi və ictimai elmlər”
fakültəsinin dekan müavini, YAP-ın üzvü
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar