Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya havada üstünlüyü əldən verir, quruda isə “palçığa batıb”

Tarix: 18-03-2022 10:01     Baxış: 4176 A- / A+
Rusiya havada üstünlüyü əldən verir, quruda isə “palçığa batıb”
Ukraynaya qarşı başladılmış müharibənin 23-cü günündə Rusiya ordusunun itkiləri də artıb, amma əhəmiyyətli irəliləmə əldə edə bilməyib.  

Manevr.az xəbər verir ki, Rusiya ordusunun quruda verdiyi itkilərlə yanaşı havada üstünlüyü də əldən verdiyi müstəqil hərbi ekspertlər tərəfindən təsdiqlənir. Rusiya Hava Kosmik Qüvvələri hər gün döyüş təyyarələrini, o cümlədən ən müasir döyüş təyyarələrini və vertolyotlarını itirir. Bu baxımdan ötən sutka da Rusiyanın Hava Kosmik Qüvvələri üçün ağır hesab edilə bilər.
  
Ukraynanın Hava Qüvvələri Komandanlığı bildirir ki, ötən sutka ərzində 7 döyüş təyyarəsi də daxil olmaqla cəmi 14 hava hədəfi məhv edilib. Belə ki, Ukrayna Hərbi Hava Qüvvələri havada bir neçə döyüş aparıblar, bu zaman bir Rusiya qırıcısı və bir hücum təyyarəsi məhv edilib. Eyni zamanda Ukraynanın hava qüvvələri düşmənin zirehli texnika və avtomobil kalonlarına güclü zərbələr endirib.
Zenit-raket qüvvələri isə düşmənin daha 5 təyyarəsini vurub, onların tipi müəyyənləşdirilir. Habelə zenitçilər 3 PUA və bir çoxməqsədli döyüş vertolyotu (Mi-24 "Hind”) məhv ediblər.
Rusiyanın Hava Kosmik Qüvvələri hər gün verdiyi itkilərə görə artıq Ukrayna səmasında daha az uçmağa başlayıb, əsas uçuşlar mühasirədə olan Mariupol şəhəri üzərində aparılır və şəhərə hər gün orta hesabla 70-100 bomba zərbələri endirilir.
Quruda hücumlar isə artıq neçə gündür ki, dayanıb və döyüşlər Ukrayna qüvvələrinin müxtəlif istiqamətlərdə həyata keçirdiyi əks-həmlələrlə müşaiyət olunur. Böyük Britaniya kəşfiyyatı növbəti operativ brifinqində bildirib ki, ara verməyən bu cür əks-həmlələr Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibədə onun hücum potensialını ciddi ölçüdə məhdudlaşdırır. Ukrayna qüvvələrinin əks-həmlələri Rusiya ordusunu məcbur edir ki, öz təchizat xəttini qorumağa daha böyük sayda qüvvə cəlb etsin. 


Britaniya kəşfiyyatının məlumatına görə, logistika problemləri Rusiyanın Ukraynaya artıq axsayan hərbi müdaxiləsinə mane olmaqda davam edir. Rusiya qoşunlarının yolsuzluq şəraitində manevrlər edə bilməməsi, hava məkanına nəzarətin olmaması və müvəqqəti salınan körpülərin imkanlarının məhdud olması ön xətdə döyüşən qüvvələrə hətta ən zəruri materialları, o cümlədən quru ərzaq payını, yanacağı çatdırmağa imkan vermir. (virtualaz.org )

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar