Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Belarusdan Rusiyaya 2500-dən çox meyit aparılıb

Tarix: 17-03-2022 08:16     Baxış: 3239 A- / A+
Qomel vilayətinin xəstəxanalarında yaralı rus əsgərlərinin müalicəsini davam etdirilir.

“Azadlıq” radiosunun Blearus xidməti xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, onları Ukraynadan  həm quru, həm də hava yolu ilə Narovly şəhərinə, ondan sonra isə Mozır və Qomelə gətirirlər. Rus əsgərlərinin cəsədləri isə qatarlar və təyyarələrlə Rusiyaya yola salınır. 

“Mozır xəstəxanasında o qədər çox yaralı rus var - bu, sadəcə olaraq dəhşətdir. Onların iniltilərini bütün xəstəxanada eşitmək mümkündür”, - mənbə "Azadlıq" radiosunun Belarus xidmətinə bildirib.

“Bazar günü təkcə Mozırda yüzə yaxın rusiyalı əməliyyat olunub. Artıq bazar ertəsi xəstəxanaya daha çox yaralı gətirilib. Bütün həkimlər, o cümlədən ümumi praktikantlar, otorinolarinqoloqlar müalicəyə, cərrahi əməliyyatlara cəlb olunublar. Düzdür, yerli sakinlərə də yardım göstərilir, lakin tezliklə bununla bağlı problemlər yarana bilər”, – Mozırda tibb dairələrindəki mənbə jurnalistlərə bildirib.

Mənbələrin bildirdiyinə görə, birbaşa Rusiya hərbi həkimlərindən heç bir məlumat yoxdur. Hətta tibb bacıları da məlumatların açıqlanmaması haqqında müqavilə imzalayıblar: onlar işlərini itirməkdən qorxurlar.

Bu arada Narovlyada tam hüquqlu səhra hospitalı yaradılıb.

Başqa bir mənbə bildirib ki, ötən həftənin sonuna olan məlumata görə, Qomel vilayəti ərazisindən Rusiyaya qatar və təyyarələrlə 2500-dən çox meyit aparılıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar