Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Makrondan şok etiraf - Rusiya Ukraynanı Fransa silahları ilə vururmuş

Tarix: 17-03-2022 08:03     Baxış: 4257 A- / A+
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya silah satışı ilə bağlı açıqlama verib.

 “Disclose” saytının 2014-cü ildə Avropa Birliyinin silah embarqosuna baxmayaraq, Fransanın Rusiyaya 2020-ci ilə qədər silah tədarükünü davam etdirdiyi xəbəri ilə bağlı suala cavabında Makron Parisin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini bildirib.

Rusiya ilə bəzi hərbi müqavilələrinin ləğv edildiyini deyən Makron “Disclose” saytındakı silah satışı müqavilələri ilə bağlı məlumatların Fransa tərəfindən gizlədilmədiyini və bunun onun öhdəliklərinə uyğun olduğunu söyləyib:

“2014-cü ildəki qərarları mən verməmişəm, amma Fransanın maraqları üçün bunları müdafiə edəcəyəm”.

Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə daimi təmasda olduğunu və müharibə ilə bağlı konkret nəticə ola biləcəyini düşündüyü zaman bu ölkəyə səfər edə biləcəyini deyib.

“Disclose”-nin yaydığı məlumata görə, Fransa 2015-2020-ci illərdə Rusiya ordusunu ən müasir hərbi texnika ilə təchiz edib, beləliklə də bu ölkənin quru və hava qüvvələrini modernləşdirib. Fransa 2015-ci ildən bəri Rusiyaya 76 döyüş texnikası tədarük edib. Bu avadanlıqların dəyərinin 152 milyon avro olduğu bildirilir. Rusiyaya satılan avadanlıqlar arasında 1000-dən çox rus tankını təchiz etməyə yönəlmiş termal kameralar, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri üçün naviqasiya sistemləri var. Bu avadanlıqlar Fransa hökumətinin ən mühüm tərəfdaşı olan “Thales” və “Safran” şirkətləri tərəfindən satılıb. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar