Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranskinin qətlə yetirilmə səbəbləri - Versiyalar

Tarix: 23-08-2016 14:48     Baxış: 3428 A- / A+
Lənkəranskinin qətlə yetirilmə səbəbləri


Beşiktaşda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

Ölkə.az xəbər verir ki, Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İddiaya görə, sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antalyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı saxlanılan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən daha bir Azərbaycan əsilli şübhəlini də göz altına aldığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.

Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antalyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislər həmin avtomobili müsadirə edib. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.

Digər tərəfdən, istintaqı dərinləşdirən polis Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Baxçaşəhərdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Həmidov ("Qoca" ləqəbli) öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Həmidovun ölərkən onun qulağına "Rövşən" adını pıçıldadığını deyib. İddialara görə, Rövşən yeraltı hesablaşmasında Həmidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Həmidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirilib. Rövşənin qətli üçün Həmidovun öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub.

Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanı Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar