Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Tokayev super-prezident idarəetmə formasından uzaqlaşır

Tarix: 16-03-2022 11:36     Baxış: 4171 A- / A+




Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev super-prezident respublikadan güclü parlamentli prezident respublikasına keçidi elan edib.
 Manevr.az xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayev bunu martın 16-da xalqa müraciətində bildirib.
Ölkə başçısı belə bir sistemin cəmiyyətin xeyrinə daha çox çalışacağına inandığını qeyd edib.
"Ölkədə siyasi islahatlarla bağlı layihə təqdim edəcəyəm. Bu sənəd cəmiyyətin tələblərinə cavab verir. Bizim üçün nəzərdə tutulan yoldan dönməmək, həmrəyliyi qorumaq həyati əhəmiyyət kəsb edir. Biz islahatları kağız üzərində aparmırıq və ya bunlar ictimaiyyətin razılığı üçün boş vədlər deyil. Hər bir Qazaxıstan vətəndaşının hiss edəcəyi konkret tədbirlərə və təkmilləşdirmələrə ehtiyac var”, - dövlət başçısı bildirib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “AMANAT” partiyasının sədri vəzifəsini, həmçinin partiya sıralarını tərk edəcəyini açıqlayıb.
Tokayev, həmçinin Mərkəzi Seçki Komissiyasının, Hesablama Komitəsi və Konstitusiya Şurasının sədrləri və üzvlərinin AMANAT partiyasından çıxması ilə bağlı müddəanın tətbiqini də təklif edib.
“İcra başçısı da partiyanın şöbələrinə rəhbərlik etməyəcək”, - deyə ölkə başçısı vurğulayıb.(AZƏRTAC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar