Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putini “psixopat” adlandıran qadının faciəvi sonu – Meşədə qorxunc olay

Tarix: 16-03-2022 08:13     Baxış: 4381 A- / A+
Rusiya-Ukrayna müharibəsi dünya gündəmini zəbt etməkdə davam edir. Ukraynanın işğalına əmr verən Rusiya lideri Vladimir Putin buna görə öz ölkəsindən, xüsusən də xarici dünyadan kəskin tənqidlər alır.

Müharibənin əsas gündəm mövzusu olduğu bu günlərdə ötən il Rusiyada baş vermiş bir cinayət hadisəsinin yeni təfərrüatı məlum olub.

Rusiyada yaşayan 23 yaşlı model Qretta Vedler də ötən il sosial şəbəkə hesabında Putini tənqid etməsi və onu “psixopat” adlandırması ilə gündəmə gəlib.

2021-ci ilin yanvarında müəmmalı şəkildə yoxa çıxan gənc modeldən bir daha xəbər alınmayıb. Vedler haqqında kədərli xəbər ötən gün gəlib. Vedlerin sevgilisinin şikayətindən sonra gənc modelin cəsədi Lipetskdən 400 kilometr aralıda yerləşən meşədə çamadanda tapılıb.

Gənc qadının kim və ya kimlər tərəfindən öldürülməsi müzakirə mövzusuna çevrilib. Məsələ ilə əlaqədar aidiyyəti qurumların verdiyi açıqlamada modeli öldürənlərin başqa məqsəd güddükləri və bunun Putinlə bağlı olmadığı bildirilib.

Polis istintaqı genişləndirərək Vedleri sevgilisi Dmitri Korovin tərəfindən öldürüldüyünü müəyyən edib. O, polisə verdiyi ifadəsində gənc qadınla pul üçün mübahisə etdiyini və qətli bu səbəbdən törətdiyini deyib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar