Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya universitetində azərbaycanlının adına laboratoriya açıldı - Şəkillər

Tarix: 14-03-2022 08:01     Baxış: 4187 A- / A+
Rusiyanın Arxangelsk vilayətinin M.V. Lomonosov adına Şimali Arktika Federal Universitetində məşhur azərbaycanlı geoloq, görkəmli elm xadimi, geologiya və mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Fərman Salamov adına elmi laboratoriyanın açılışı olub. 

Manevr.az apa-ya istinadla məlumatına görə, açılış mərasimində Universitetin rektoru Yelena Kudryaşova, Arxangelsk vilayətinin hökumət sədrinin müavini, iqtisadi inkişaf naziri Viktor İkonnikov, vilayət dumasının deputatları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.  

Tədbirdə bildirilib ki, Fərman Salmanov adına müasir avadanlıqlarla təchiz olunan laboratoriyanın ərsəyə gəlməsində Simali Arktika Federal Universitetinin rektoru Yelena Kudryaşevanın və “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Tərlan Qasımovun xidmətləri olub. 

Arxangelsk vilayətinin qubernatorunun və hökumət sədrinin müavini Viktor İkonnikov isə çıxışında Rusiya-Azərbaycan ikitərəfli münaisbətlərindən danışıb. O bildirib ki, Arxangelsk vilayətinin regionlararası əməkdaşlıq çərçivəsində Azərbaycanla inkişaf edən əlaqələri var. 

Fərman Salmanov adına Laboratoriyanın Şimali Artktika Federal Universitetində yaradılmasının təşəbbüskarı, Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov çıxışında diasporun yarandığı gündən federal universitetlə sıx əməkdaşlıq etdiyini söyləyib.    

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun F. Salmanov adına laboratoriyanın açılışı münasibəti ilə təbrik məktubu oxunub.

Daha sonra laboratoriyanın rəsmi açılışı olub. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində  Fərman Salmanovun 90 illik yubileyi münasibətilə onun adına auditoriyanın və büstün açılışı olub. 



 
Rusiya universitetində azərbaycanlının adına laboratoriya  açıldı  -FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar