Xəbər lenti
Rafiq Odayın "Ağrıların simfoniyası" adlı şeirlər kitabının təqdimatı keçirilib

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda tanınmış şair, publisist, AJB Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın "Ağrıların simfoniyası" adlı şeirlər kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Ofelya Qafarova açaraq, sözü şair, filologiya elmləri doktoru, professor Avtandil Ağbabaya vermişdir. Avtandil Ağbaba Rafiq Oday çoxşaxəli ədəbi-bədii fəaliyyətindən geniş bəhs etmişdir.
Şairin qələm dostları – Asif asiman, Namiq Dəlidağlı, Arif Ərşad, Xəqani Abbasəli Öztürk, Qaratel Azəri, Lilpar Cəmşidqızı, Rəna Təbəssüm, Ruhiyyə Bahar, Nazir Rüstəm, Mədaxil Cavadlı, Süleyman Sərraf, Ədalət İzzətoğlu, Natiq İsmayıloğlu, Gülvin Gülpinar və digərləri Rafiq Oday yaradıcılığına münasibət bildirmiş, yeni kitabının nəşri münasibətilə müəllifi təbrik etmişlər.
Məktəblilərin ifasında Rafiq Odayın şeirləri səsləndirilmişdir.Sonda Rafiq Oday görüşün yüksək səviyyədə təşkilinə görə M.Ə.Rəsulzadə adına kitabxana filialın müdiri Ofelya Qafarovaya, böyük multimedia mütəxəssisi Şərəf Əliyevaya, kitabxananın digər əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarına, poeziyasevər oxuculara, böyük ruhla şeirləri söyləyən şagirdlərə öz təşəkkürünü bildirmiş, yeni şeirlərini oxumuşdur.
Nigar Nəriman
Manevr.az
(Şəkilləri Natiq İsmayıloğlu çəkib)




























Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar