Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Xələf Xələfov Rusiya sülhməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıb

Tarix: 11-03-2022 20:46     Baxış: 3232 A- / A+
Xələf Xələfov Rusiya sülhməramlılarının olduqları ərazilərdə atəşkəsin pozulmasından danışıbAzərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına münasibət bildirib.

Jurnalistlərə açıqlamasında sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin yaşadığını və onların gələcəkdə Azərbaycana inteqrasiyasının qarşıda duran əsas məsələlərdən biri olduğunu bildirib: "Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdırlar".

Nazir müavini deyib ki, münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub: "Atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bunlar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bu hallar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək. Təbii ki, sülhə mane olan bütün neqativ hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulması yolverilməzdir. Çünki atəşkəsin pozulması ilk növbədə üçtərəfli razılaşmalara yönəlmiş addımlardır və bu hallara son qoyulmalıdır". report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar