Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış hakim işdən çıxarılır - ŞƏKİL

Tarix: 09-03-2022 17:28     Baxış: 3711 A- / A+
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev 65 yaşı tamam olması ilə bağlı təqaüdə göndərilir.
Fevraln 11-dən etibarən Ə.Hacıyevin icraatına yeni iş verilmir. O, icraatında olan son cinayət işləri üzrə məhkəmə proseslərini yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətini başa vuracaq.
Qeyd edək ki, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərən Əfqan Hacıyev ölkə gündəmində müzakirə olunan bir çox cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.
Əfqan Hacıyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyevin, sabiq səfir Eldar Həsənovun və gündəmdə müzakirə olunan bir neçə məhkəmə proseslərinə sədrlik edib.
Əfqan Hacıyevin icraatında olan sonuncu işlərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işidir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar