Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynada humanitar atəşkəs başlayıb

Tarix: 09-03-2022 13:43     Baxış: 4229 A- / A+


"Martın 9-u səhər saat 5:30-da Ukrayna Rusiya Federasiyasından bizim əvvəllər təklif etdiyimiz marşrutlar, xüsusən də Buça, İrpen və Mariupoldan humanitar dəhlizlərlə əlaqədar mesaj alıb".
Manevr.az bildirir ki, bunu brifinqdə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk deyib.
Onun sözlərinə görə, ruslar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müvafiq məktub göndəriblər.
"Hərbçilər bu gün səhər saat 9:00-dan axşam saat 21:00-dək atəşi dayandırmağa razıdırlar", - Vereşçuk vurğulayıb.
O xatırladıb ki, Rusiya tərəfi dəhlizlərlə (Mariupol - Zaporojye, Volnovaxa - Pokrovsk) bağlı öhdəliklərini dəfələrlə pozub.
Nazir qeyd edib ki, Vorzel, Borodianka, İrpin və Buçadan Kiyevə, Mariupoldan Zaporojyeyə, Volnovaxadan Pokrovskaya, İzyumdan Lozovaya və Enerqodardan Zaporojyeyə humanitar dəhliz açılır.
Təxliyə Buça Şəhər Şurası tərəfindən təsdiqlənib. Buça və Vorzel sakinlərinə məlumat verilib ki, martın 9-da saat 10:40-11:00-da qadınlar və uşaqlar avtobusla paytaxtın dəmir yolu stansiyasına yola düşəcəklər.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar