Xəbər lenti
Günün fotosu: Sonuncu gülləsi olmayan gənc əsirlər...

Onlar bu saat dünyanın ən arzuedilməz durumundadırlar. Düşmən əlində əsir olmaq dəhşətlidir. Əsirin heç bir hüququ olmur, ta Qırmızı Xaç Komitəsinin nümayəndələri gələnə qədər. O vaxtacan onları yeddi dəfə güllələyə bilərlər.
Təkcə güllələməklə iş bitsəydi, nə vardı ki? Əsirləri tutulduqları anda döyürlər, işgəncə verirlər, alçaldırlar. Bütün bunlar bir az öncə ölüm təhlükəsi adlatmış, müharibə psixozuna məruz qalmış döyüşçülər tərəfindən edilir.
Ona görə də qatı düşmənlə üzbəüz döyüşə atılmış əsgər və zabitlər sonuncu gülləni özlərinə saxlayardılar ki, əsir düşmək təhlükəsi yaranarkən özlərini vursunlar. Bu, onlar üçün düşmənə sirr verməmək, şəxsi ləyaqətini və namusunu qorumaq, necə deyərlər, "kişi kimi"ölməkdən ötrü vacib idi.

İndi onlar öz dövlətlərini qınayırlar. Amma bunu da ciddiyə almaq olmaz. Xirtdəkləri əldədir deyə belə danışırlar, canlarını xilas edirlər. Onların bu yazıq görünüşü aldadıcı da ola bilər. Biz onların əsl simalarını əllərində silah olanda, ukraynalı əsgərləri əsir götürdükləri vaxt görə bilərdik. Fəqət bu sarıdan bəxtləri gətirməyib.
Bununla belə, bu əsirlər sağ qaldıqlarına görə şanslıdırlar, əvvəl-axır ailələrinə qovuşacaqlar. Bəlkə də bundan əvvəl "əsir düşdüklərinə və vətəni satdıqlarına görə" türmədə də yatacaqlar, bilmək olmaz. Stalinin vaxıtnda elə olurdu. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar