Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan və Putin Ukrayna barədə bunları danışdı

Tarix: 06-03-2022 18:09     Baxış: 4303 A- / A+
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Manevr.az-ın xəbərinə görə, görüşdə Ukrayna böhranı müzakirə edilib. R. T. Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti təcili atəşkəsin bölgədəki humanitar problemləri aradan qaldırmaqla yanaşı, siyasi həll yolunun axtarışına da imkan verəcəyini bildirib. R. T. Ərdoğan Ukrayna probleminin ən qısa zamanda sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu da Rusiyalı həmkarına bildirib. Qeyd edilib ki, Türkiyə Prezidenti Rusiya Prezidentini birlikdə sülhün yolunu açmağa çağırıb. Görüşdə Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, telefon danışığı zamanı Putin Ukraynada xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib, bu kontekstdə prinsipial yanaşmaları və qiymətləndirmələri qeyd edib, qarşıya qoyulan əsas məqsəd və vəzifələri ətraflı izah edib. Xüsusi əməliyyatın plana uyğun və qrafikə uyğun davam etdiyi vurğulanıb. V. Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri mülki şəxslərin həyatını xilas etmək və təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edir, dəqiq zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir: "Bunun fonunda Donbası intensiv atəşə tutan və Ukraynanın şəhər və qəsəbələrində faktiki olaraq girov götürülmüş mülki şəxslərdən, o cümlədən əcnəbilərdən “insan qalxanı” kimi istifadə edən millətçi, neonasist birləşmələrinin əməlləri xüsusi qəddarlığı və amansızlığı ilə seçilir". Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqlənib. Eyni zamanda, Ukrayna qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bu baxımdan xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğu vurğulanıb. Danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələrinin yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəyinə ümid ifadə olunub. Rusiya və Türkiyə prezidentləri iki ölkənin diplomatik və hərbi idarələri arasında əlaqələrin davam etdirilməsinin vacibliyini bəyan ediblər. Vladimir Putin Rusiya tərəfinin Türkiyə vətəndaşlarının döyüş bölgələrindən təhlükəsiz təxliyəsi üçün bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqləyib. Rəcəb Tayyib Ərdoğan Rusiya mədəniyyətinə və onun xadimlərinə qarşı bir sıra Qərb dövlətlərində geniş vüsət alan kampaniyaya tənqidi qiymət verib. Müxtəlif səviyyələrdə sıx təmasların davam etdirilməsi razılaşdırılıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar