Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə qanunsuz aksiya - sülhməramlıların arxasında gizlənən ermənilərdən Ukrayna separatçılarına dəstək

Tarix: 05-03-2022 23:10     Baxış: 4233 A- / A+
Bu gün, martın 5-də Azərbaycan ərazisində qanunsuz aksiya keçirilib. Qarabağda, Rusiya sülhməramlılarının təsir zonasında yaşayan erməni separatçılar növbəti qanunsuzluğa yol veriblər.

Manevr.az musavat.com-a istinadən bildirir ki, Xankəndidə toplaşan, Rusiya və Ermənistan bayraqlarını qaldıran ermənilər Ukraynanın Donesk və Luqansk bölgəsində elan olunmuş qanunsuz “respublika”ların tanınmasını istəyiblər.

Qanunsuz qurumlarla bağlı qeyri-qanuni aksiyanın iştirakçıları Ukraynanın ərazi bütövlüyünün əleyhinə şüarlar qaldırıblar. Arşak Abraamyan adlı separatçı Rusiyanın “DXR” və “LXR”-in “müstəqilliyini” tanımasını alqışlayaraq ümid etdiyini bildirib ki, növbəti addım “Artsax” adlı separatçı qurumun tanınması olacaq. “Biz Rusiya Federasiyasının xarici siyasətini alqışlayırıq, Qərbin Rusiyaya qarşı mövqeyini qəbul etmirik. Biz bütün tətbiq edilən sanksiyaları, eləcə də Ukrayna hakimiyyətinin köməyi ilə NATO-nun Rusiya sərhədlərinə qədər daha da genişlənməsini nəzərdə tuturuq”, - özünü “Ədalət” partiyasının nümayəndəsi kimi təqdim edən separatçı Abramyan deyib.

Qeyd edək ki, bir gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qarabağ separatçılarına stimul verən açıqlaması ilə diqqət çəkmişdi. Bunun ardınca rus sülhməramlıların Azərbaycan ərazisində erməni separatçıların aksiya keçirməsinə imkan yaratması təsadüf sayıla bilməz və yəqin ki, rəsmi Bakı bununla bağlı özünün prinsipial mövqeyini ifadə edəcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar