Rusiya Federasiyasında "Facebook" sosial şəbəkəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) məlumat yayıb.
Qeyd olunub ki, Roskomnadzor "Facebook"a girişə qadağa qoymaq qərarına gəlib.
Xidmət bildirir ki, 2020-ci ilin oktyabr ayından Rusiyada sosial şəbəkə tərəfindən informasiya resurslarına qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.
Bundan əvvəl platformada “RİA Novosti” agentliyinin səhifəsinə məhdudiyyətlər qoyulmuşdu. Həmçinin, Rusiyanın 4 böyük media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Qazeta.ru”nun materialları senzuraya məruz qalmışdı. modern.az
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































