Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ŞƏKİLLƏR + VİDEO

Tarix: 04-03-2022 12:53     Baxış: 4314 A- / A+
Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - FOTOLAR +  VİDEO
"Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer, əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib" 
Manevr.az xəbər verir ki, bu haqda azxeber.com-a Birləşmiş Ukrayna Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.
"Martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edirdi. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalmışdı. Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçdılar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
Axtarış zamanı onlardan "Kalaşnikov” avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.
Xəyyam Həqiqətoğlu deyib ki, Kamran Həsənov bu şücayəti Ukraynada böyük rəğbətlə qarşılanıb: 
Kamran Həsənov ağsaqqalımızdır. Azərbaycanın Şəmkir rayonunun Şiştəpə kəndində doğulub boya-başa çatıb. O, həm həmyerliləri arasında, həm də yerli əhali arasında hörmət və nüfuza malikdir. Nikkolayev rayonunda yaşayan azərbaycanlılar onu insanlara qarşı mehriban münasibətinə, hər zaman ilk yardım çağırışına gəlməyə hazır olduğuna görə sevilirlər.
O müharibənim ilk günündə bir vətəndaş və vətənpərvər kimi orduya kömək etdi, könüllü oldu, şəxsi silahını götürdü, yerli özünümüdafiə təşkil etdi və digər işlərlə yanaşı, hərbi xidmətə çağırışa kömək etdi. Onun qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılandı. 
Həmin videonu təqdim edirik: 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar