Xəbər lenti
Öldüyü deyilən 13 ukraynalı əsgərdən xəbər var - İlan adasının qəhrəmanları

Rusiya hərbi qüvvələrinin İlan adasındakı (Zmeynıy) 13 ukraynalı hərbçinin əsir götürdüyü bildirilib.
“Qardaşlarımızın sağ olduğunu öyrəndiyimiz üçün çox xoşbəxtik. Adadakı hücumu iki dəfə dəf ediblər, amma sursat çatışmazlığı səbəbindən müdafiəni davam etdirə bilməyiblər”, - açıqlamada qeyd olunub.
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya qoşunlarının hücumu nəticəsində adanın infrastrukturunun tamamilə məhv edildiyini açıqlayıb.
Ukrayna Sərhəd Xidmətindən verilən açıqlamada da adanı mühafizə edən hərbçilərin sağ olduğu deyilib: “13 Ukrayna əsgərinin hələ də sağ olduğu barədə məlumat almışıq”.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın İlan adasını bombalaması nəticəsində 13 ukraynalı hərbçinin hamısının həlak olduğunu açıqlamışdı.
Ötən günlərdə sosial şəbəkədə paylaşılan bir rabitə söhbəti dünyanın gündəmini zəbt edib. Rus zabit adada olan Ukrayna əsgərlərinə “Bu, hərbi döyüş gəmisidir. Boş yerə qan tökməmək üçün silahlarınızı yerə qoyaraq təslim olmanızı təklif edirəm. Əks halda bombalanacaqsınız”, - deyib. Ukrayna əsgəri onları hədələyən rus zabitinə “Rus döyüş gəmisi, rədd ol, get”, -deyə cavab verib. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar