Xəbər lenti
Nifrət insanları müharibəyə, eşq isə sülhə dəvət edər - Tanrıverdi Əliyev yazır...

Rusiya işğalçılığına isə dəstək durmaq BMT qətnamələrinə, habelə insan haqlarına ziddir. Qeyd etmək lazımdır ki, Mixail Saakaşvilinin öndərliyində olan Gürcüstanın 2008-ci ildə çəkdiyi cəfanı, indi Volodimir Zelenski liderliyindəki Ukrayna Respublikası çəkir. Hər iki dövlət də can Azərbaycanımızın dostudur. Çünki, biz GUAM təşkilatının üzvüyük. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin öndərliyində haqq savaşımıza (II Qarabağ müharibəsi) başlayanda Volodimir Zelenski və Ukrayna xalqı bizə dəstək olmuşdur. Bu gün biz də onlara dəstək olmalı, müharibəyə yox deməliyik. Minlərlə məsum körpə ukraynalının, əlisilahsız qadınların və qocaların öldürülməsinə göz yummamalıyıq.
Bir nüansa da toxunaq ki, “Zelenski aktyordur, ondan siyasətçi olmaz!” deyən həmvətənlərimiz bilməlidirlər ki, ABŞ-ın sabiq prezidenti Ronald Reyqan da məşhur Hollivud aktyoru idi, lakin, SSRİ-nin məhvinin təməlini də aktyor Reyqan qoymuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Ukraynanın müttəfiq(dost) olması 1918-ci ilə dayanır, belə ki, Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Yusif Vəzir Çəmənzaminli Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı.Ukrayna hökuməti dǝ Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralin 8-dǝ Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919- 1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər.
Mənbələr :
https://esqpervanesi.wordpress.com/2022/02/24/mixail-saakasvilinin-yasadiqlarini-volodimir-zelenski-yasayir/
https://www.instagram.com/p/CaZ5lslsuQu/?utm_medium=copy_link
https://axc.preslib.az/az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar