Xəbər lenti
Brüsseldə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi — ŞƏKİLLƏR
Tədbirin medaratoru Belçika Türkcə Media Birliyinin rəhbəri Hüseyn Dönməz tədbiri Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqqəlik sükutla açaraq, bildirdi ki, 30 ildir bu soyqırımın bütün dünyada tanıdılması üçün Azərbaycan və Türk diasporaları birgə mübarizə aparırlar. Bir çox ölkələrdə artıq Xocalıda ermənilərin törətdikləri bu vəhşiliklər soyqırım olaraq tanınmaqdadır.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi tədbiri giriş sözü ilə açaraq, qeyd etdi ki, Xocalı soyqırımının tanıdılması ilə bağlı uzun illərdir ki, sistemli şəkildə fəaliyyət göstərilir: “Bizim təşkilat da bu soyqırımın tanıdılmasını özünün əsas vəzifələrindən biri hesab edib. ATXƏM-lə bu istiqamətdə artıq on ilə yaxındır ki, birgə layihələr həyata keçirmişik, Brüssel Avropanın siyasi mərkəzi hesab olunur. Hesab edirik ki, bu cür tədbirlərin burada keçirilməsi olduqca vacibdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”.
ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, rəhbərlik etdiyi qurum Xocalı soyqırımın tanıdılması üçün uzun illərdir ki, Avropanın siyasi mərkəzləri hesab olunan Brüssel, Haaqa, Strasburq kimi şəhərlərdə birgə silsilə tədbirlər həyata keçirir: “Hesab edirik ki, bu cür tədbirlər mütamadi təşkil olunmalıdır. Artıq biz dünyanın əksər dövlətlərində Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatlar da çatdıra bilmişik. Tarixdə baş verən bu qətliamı, soyqırımı törədənlərin cəzalandırılması, onu törədən xalqın hər kəs tərəfindən tanıdılması dünya tarixi üçün də önəmlidir. Biz Brüsseldə Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər, Avropa Parlamenti, Avropa Komissiyası önündə mitinqlər keçirmişik. Lakin bu il bir qədər fərqlidir. Biz 44 günlük Vətən müharibəsində bu soyqırımı törədən qatil Ermənistan ordusunu işğal etdikləri torpaqlarımızın böyük hissəsindən qovub çıxara bilmişik, onları ağır məğlubiyyətə düçar etmişik. Bu müharibə dövründə Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşdi, bütün dünyada yaşayan xalqımızın bu birliyi İlham Əliyevin dəmir yumruğunda təcəlli edərək, Ermənistan ordusunun, Xocalı soyqırımını törədənlərin başına endirildi. Bu gün Təskinliyimiz var ki, Xocalı soyqırımı qurbanlarının qisasları alınıb, soydaşlarımıza qarşı törədilən bu qətliama layiqli cavab verilib. Ona görə də bu günkü tədbir əvvəlkilərdən çox fərqlənir. Biz indi bu tədbirlərdə alnıaçıq otura bilirik. Lakin bu soyqırımı törədənlər ədalət məhkəməsi qarşısında mühakimə olunmalı, beynəlxalq qanunlarla yarğılanmalıdırlar. Erməni xalqı törətmiş olduğu Xocalı soyqırımını öz tarixlərində, bəşəriyyət qarşısında bir ləkə olaraq daşımalıdırlar”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərə diqqət çəkdi. O, qeyd etdi ki, bu prosses uzun illərdir sistemli şəkildə aparılmaqla, həm də dövlət siyasətimizin tərkib hissəsinə çevrilib: “On ildən çoxdur ki, Heydər Əliyev Fondunun vitce-prezidenti Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyası Xocalı həftəsində bütün dünya gündəminə oturur. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il təqdim etdiyi layihələrdə bu soyqırımın tanıdılması işinə xüsusi həssaslıqla yanaşır, bu cür layihələri dəstəkləyir. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, diaspor təşkilatlarımız birgə fəaliyyət sərgiləyərək bu prosesi uğurla həyata keçirirlər. Hesab edirəm ki, bu fəaliyyətlərin nəticəsidir ki, dünyanın bir çox ölkələri, parlamentləri Xocalıda baş verənləri soyqırım olaraq qəbul ediblər”.
Daha sonra tədbir interaktiv şəkildə davam edib. Tədbirdə iştirak edən İYİ partiyanın Belçika təmsilçisi İbrahim Şahbaz, iş adamı Zəki Yalçın, Gent Türk Ocağının nümayəndəsi Haluk Sarı, İrak Türkmənlərinin Avropa Birliyi təmsilçisi Atilla Kalandar, CHP Belçika təmsilçisi Aslan Onur, İYİ partiya Belçika təmsilçiliyinin nümayəndəsi Muhammed Açıker çıxış edərək, öz fikirlərini səsləndirib, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycandakı və bölgədəki vəziyyətlə maraqlanıblar. Tədbir iştirakçıları Qarabağ bölgəsinə və Şuşaya ziyarəti ən böyük xəyalları olaraq bildiriblər.
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı Brüssel və Haaqa şəhərlərində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli Belçikada səfərdədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar