Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirir

Tarix: 24-02-2022 14:41     Baxış: 4207 A- / A+





Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirilir.
Mehmet Akif Ersoy Sanat Mərkəzində Azərbaycan İlahiyyat İnstitutu, Türk Ocaqları İstanbul Şöbəsi, Türk Ocaqları Derneği Pendik Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti anım tədbiri baş tutub.
Anım mərasimində ali təhsil müəssisəsinin nəşr etdirdiyi “Geriyə baxma” kitabının təqdimat mərasimi təşkil olunub.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib, Daha sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Türk Ocaqları Derneği Pendik Şöbəsinin müdiri Ahmet Kara Xocalı soyqırımının Türkiyədə böyük kədər, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da unudulmayacaq, insanlarımızın qəlbində yaşayacaq.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Xocalıda baş vermiş soyqırımı faktlarını diqqətə çatdırıb. İnsanların xüsusi amansızlıqlarla – qadın, qoca, uşaq demədən – qətlə yetirildiklərini bildirib. Vurğulayıb ki, tarixboyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olub. Xocalıda baş vermiş qətliamın təsadüf olmadığını vurğulayan prorektor bildirib ki, beynəlxalq səviyyədə qəbul edilmiş normativlər deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.
Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram tarixboyu ermənilərin türk millətinə və Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri ardıcıl və düşünülmüş soyqırımı siyasəti, həmçinin Xocalı faciəsi haqqında bəhs edib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılmasının vacibliyini vurğulayıb.
“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova tədbirdə çıxış edərək, müəllifi olduğu “Geriyə baxma” kitabı haqqında məlumat verib. Qeyd edib ki, əsər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 nəfər şəhid olmuşdur – onlardan 70 nəfəri ahıldır. Müəllif vurğulayıb ki, bu insanların faciəli həyatı kitabda öz əksini tapıb.
Tədbirdə “CNN Türk” televiziya kanalının hazırladığı “Qarabağ Azərbaycandır” sənədli filminin nümayişi olub.

Manevr.az




















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar