Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxıldı

Tarix: 23-02-2022 21:38     Baxış: 3315 A- / A+
Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamovla bağlı qərar elan edib.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilmədən saxlanılıb.

İttiham aktına görə, E.Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyib.

O, işlədiyi müddət ərzində Şəki rаyоn Məşğulluq Mərkəzinə ayrılmış pulları mənimsəyib.

E.Salamovun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar