Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

“İnfiniti”dəki hadisəyə görə işdən çıxarılan rəisə yeni vəzifə verildi

Tarix: 21-02-2022 11:04     Baxış: 4202 A- / A+



Ötən il avqust ayında məşhur "İnfiniti" və "Extra" gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov RPİ-nin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.
Manevr.az "qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Valiyev Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə "İnfiniti" gecə klubunun rəhbərliyi - Samiq Babayev, Jamal Nasser, "Extra" gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Həmin hadisəyə görə Nərimanov RPİ 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar