Xəbər lenti
İkinci kurs tələbəsi erməni idmançını 11:0 hesabı ilə məğlub etdi - Şəkil

İlk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən İ. Qənbərli fransalı rəqibinə 4:3 hesabi ilə qalib gələrək, 1/16 mərhələyə adını yazdırıb. Təmsilçimiz həmin mərhələdə amerikalı rəqibinə 1:2 hesabı ilə qalib gəlib. 1/8 finalda İ. Qənbərli brazilyalı rəqibini 8:0 hesabı ilə məğlub edərək, 1/4 finala keçib. O, 1/4 finalda Çin güləşçisinə 7:0 hesabı ilə qalib gǝlib. Təsnifat mərhələsində 3 qat dünya çempionu olan yaponiyalı rəqibini 8:3 hesabı ilə məğlub edən İ. Qənbərli yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal görüşündə "Terminator" ləqəbli güləşçimiz argentinalı rəqibinə 9:5 hesabı ilə qalib gələrək, final mərhələsinə keçib.
Final görüşündə o, erməni güləşçisi Varşam Boranyanı 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub.
Qeyd edək ki, bu, İ.Qənbərlinin erməni idmançı üzərində ilk qələbəsi deyil. O, ötən ilin 13-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirin də qalibi olub. O, həmin yarışda erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edib. İ. Qənbərli həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir. qafqazinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar