Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb

Tarix: 19-02-2022 11:43     Baxış: 5229 A- / A+




Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı hakim Vətəndaş Razılaşması Partiyasındakı mənbəyinə istinadla bildirib ki, seçki martın 3-də baş tutacaq.
Məlumata görə, martın 1-də ölkə parlamentinin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.
Qeyd edək ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verdikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizəd iqtidar və müxalifət tərəfindən irəli sürülür. Prezidentliyə namizəd parlamentdə 1/4 səs çoxluğu ilə təsdiqlənir. Prezident isə deputatların 4-də 3-nün səs çoxluğu ilə seçilir. Seçki birinci dəfə baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir.
Qanunvericiliyə əsasən prezident yaşı 40-dan az olmayan, son 6 ili Ermənistanda yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar