Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdi

Tarix: 18-02-2022 20:49     Baxış: 3175 A- / A+
Deputat Manaf Ağayevin həbsinə görə DİN-ə təşəkkür etdi"Müğənni, müəllim və ya həkim qaydaları pozursa, dövlət qurumları qanun çərçivəsində addım atmalıdır. Hamı qanun qarşısında bərabərdir".

Bunu deputat Fazil Mustafa işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən müğənni Manaf Ağayevin həbs olunmasına münasibət bildirərkən deyib.

Deputat buna görə Daxili İşlər Nazirliyinə (DİN) təşəkkür edib:
"Müğənni, müəllim, həkim və digərləri qaydanı pozursa, buna qarşı dövlət qurumları addımlar atmalıdır. Belə bir addım atıblarsa, Daxili İşlər Nazirliyinə təşəkkür etmək lazımdır. Bu, onu göstərir ki, heç kimə fərq qoymadan eyni cür davranılır. Burada narahatlığa əsas yoxdur. Hesab edirəm ki, çox düzgün yanaşma olub. Mən bunu təqdir edirəm".

Xatırladaq ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan video geniş müzakirə obyektinə çevrilib.

Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq müğənnini məsuliyyətə cəlb edib. Bu gün məhkəmənin qərarı ilə Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar