Xəbər lenti
Erməni redaktor casus hərbçilərdən yazdı və Azərbaycan kəşfiyyatını təriflədi
Manevr.az xəbər verir ki, bu haqda "Kaliforniya Xəbərləri" qəzetin naşiri və redaktoru Harut Sasunyan yazıb. O qeyd edib ki, MTX tərəfindən həbs edilən 19 erməni hərbçisi pul müqabilində Azərbaycana hərbi sirləri ötürməkdə ittiham edilib:
"MTX müəyyən edib ki, azərbaycanlı agentlər "Facebook”da erməni dilində ünsiyyət quran cazibədar qadınların fotolarından ibarət saxta səhifələr yaradaraq erməni hərbçiləri ilə əlaqə saxlayıblar. Məlumdur ki, 1980-ci illərin sonlarında Qarabağ ətrafında baş verən vətəndaş iğtişaşlarından sonra Azərbaycana köçməzdən əvvəl Ermənistanda doğulduğu və erməni məktəblərində oxuduğu üçün erməni dilində sərbəst danışan çoxlu azərbaycanlı var.
Düşünürəm ki, bu faktları nəzərə alaraq Ermənistan hökumətinin dərhal həll etməli olduğu bir çox ciddi təhlükəsizlik məsələləri var və belə casusluq hadisələrinin təkrarlanmaması üçün xüsusi tədbirlər görməlidir. Bəli hətta təkmilləşmiş böyük təcrübəyə sahib olan əks-kəşfiyyatla belə problemləri aradan qaldırmaq mümkün deyil, sadəcə olaraq minimuma endirmək olar, çünki demək olar, bütün ölkələr xarici və yerli casusların qurbanı olurlar”.
Sasunyan Ermənistan kəşfiyyat xidmətinin yarıtmaz olduğunu, vəzifələrə nadan və təcrübəsiz məmurların təyin olunduğunu vurğulayıb:
"Ermənistan hökuməti kəşfiyyat xidmətini necə aparmağı bilən bacarıqlı mütəxəssisləri təyin etmək üçün təcili addımlar atmalıdır. Bu təklif ona görə irəli sürülür ki, baş nazir Nikol Paşinyan sırf öz hakim partiyasına üzvlüyünə əsaslanaraq, demək olar ki, bütün vəzifələrə təcrübəsiz və nadan məmurları təyin edib. Ən son səriştəsizliyin nümunəsi MTX-nin təəccüblü bəyanatı oldu ki, onlar qəzet məqaləsini oxuduqdan sonra Ermənistan prezidentinin ikili vətəndaşlığa malik olduğunu öyrəniblər və bu da Ermənistan qanunvericiliyinin pozulmasıdır. Milli Təhlükəsizlik Xidməti təcrübəli kadrlarla yanaşı, həm də ən qabaqcıl əks-kəşfiyyat texnologiyasına malik olmalıdır. Ermənistan hökuməti öz kəşfiyyat xidmətlərinin təlimini, təşkilini və fəaliyyətini necə təkmilləşdirmək barədə müttəfiq hökumətlərlə məsləhətləşməlidir. Casusluğa görə həbs edilən 19 erməni hərbi qulluqçusu silahları və hərbi obyektləri haqqında məxfi məlumatları Azərbaycana ötürməkdə ittiham olunur. Onların məhkəmədə təqsirli bilinib-bilinməyəcəyini görmək qalır, çünki son 4 ildə bir çox erməni məmuru müxtəlif cinayətlərə görə həbs olunub, lakin mühakimə olunmayıblar.
Ermənistan Silahlı Qüvvələri öz hərbçilərinin "Facebook” səhifələrinin olmasına necə icazə verə bilər ki, sonda onlar hədəfə çevrilə bilir. Zəif hərbçilər milli sirləri düşmənlə bölüşərkən erməni kəşfiyyat orqanlarının nəzarəti harada idi? Bu cür sirlərin ötürülməsinin qarşısını baş verdikdən sonra deyil, baş verməmişdən əvvəl almaq daha yaxşı olardı. Bu qədər müxtəlif rütbəli hərbçilərin həbs olunması çox narahatedicidir. MTX bəyan edib ki, bu casusluq fəaliyyətində 24-ə yaxın hərbçi iştirak edib. Bu casus şəbəkəsinin həbs olunana qədər nə qədər fəaliyyət göstərdiyini və daha nələr etdiyini bilmirik”.
Redaktor Ermənistandan fərqli olaraq, Azərbaycanda bacarıqlı və təcrübəli kəşfiyyatçı heyətinin olduğunu bildirib:
"Bu casus şəbəkəsinin digər üzvləri həbs olunsa və ittiham edilsə belə, bu o demək deyil ki, 24 şübhəli yalnız bu casus şəbəkəsində iştirak edir. Kimlikləri və fəaliyyəti məlum olmayan onlarla, yüzlərlə başqaları ola bilər. Ermənistandan fərqli olaraq, Azərbaycanda bacarıqlı və təcrübəli kəşfiyyatçı heyəti var və onlar nə edəcəklərini, necə edəcəklərini yaxşı billilər. Çox güman ki, onlar Türkiyə Yüksək Kəşfiyyat Xidməti (MİT) tərəfindən təlim görürlər.
Bu casusluq qalmaqalının ciddi problemlərindən biri həbs olunanların bəzilərinin milli sirləri bir neçə yüz dollara satmasıdır. Ermənistanda doğulmuş, böyümüş, oxumuş və hərbi xidmətdə olan bir erməni cüzi pul müqabilində öz millətinə xəyanət etməyə hazırdırsa, Ermənistanın təhsil sistemində ciddi çatışmazlıqlar var. Təssüflər olsun ki, bəzi ermənilərdə, xüsusən də hərbçilərdə milli qürur və vətənpərvərlik hisslərinin olmaması çox narahatedicidir”.
O, Türkiyə və Azərbaycanla sərhədlər açılandan, gediş-gəlişin başlayacağından sonra vəziyyətin daha da çətinləşəcəyini qeyd edib:
"Ermənistanda casusların həbsi ilk dəfə deyil. Son 30 ildə ermənilər tərəfindən Türkiyənin xeyrinə bir neçə casusluq faktı qeydə alınıb. Onların bəziləri Ermənistanın dövlət məmurları idi. Mən Ermənistanda casusluq problemlərinin Türkiyə və Azərbaycanla sərhədlərin açılması ilə daha da artacağından qorxuram. Çünki bu casuslar Ermənistana hava və ya quru yolu ilə turist və ya iş adamı kimi daxil olacaqlar".qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar