Xəbər lenti
Bu ölkə 4 günlük iş rejiminə keçdi
Belçika hökuməti gündəlik iş vaxtının artırılmasına və iş gününün həftədə 4-ə endirilməsinə imkan verən qanun layihəsini qəbul edib.
Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, həftəlik iş gününün 4-ə endirilməsi təklifi oktyabrda liberal düşüncəli siyasətçilər və qanunvericilər tərəfindən irəli sürülüb.
Hökuməti formalaşdıran siyasi partiyalar arasında aparılan danışıqlar nəticəsində təklif bəzi dəyişikliklərlə qəbul edilib.
Belçika hökumətinin əmək islahatları çərçivəsində qəbul etdiyi qanun layihəsinə görə, işçilər gündə 9,5 saat işləmək istədikləri təqdirdə həftədə 4 gün işləyə biləcəklər. Beləliklə, həftədə 38 saatlıq iş vaxtı 4 günə tamamlanacaq.
Həmkarlar ittifaqları və işəgötürənlər arasında aparılan kollektiv danışıqlar nəticəsində gündəlik 9,5 saatlıq iş vaxtı 10 saata qədər artırıla bilər.
Sosialist birlikləri bu təklifə qarşı çıxıb. Həmkarlar ittifaqı nümayəndələri iddia edirdilər ki, təkcə iş günləri deyil, ümumilikdə işçilərin iş saatları da azaldılmalıdır.
Belçikadakı işçilərin iş saatları xaricində işlə bağlı mesajlara və e-poçtlara cavab verməmək hüququ da ola bilər.
Bununla belə, yeni qanun layihəsi 20-dən çox işçisi olan iş yerlərinə şamil ediləcək. Həmkarlar ittifaqları və işəgötürənlər bu hüququn kollektiv müqavilələrə daxil edilməsi üçün danışıqlar aparmalı olacaqlar.
Belçikanın iqtisadiyyat və əmək naziri Pierre-Yves Dermagne bildirib ki, iş və şəxsi həyatın sərhədləri getdikcə daha çox bir-birinə qarışır:
"Davamlı tələblər işçilərin fiziki və ruhi sağlamlığına zərər verə bilər".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar