Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan kimin qorxusundan Bakı ilə razılığa gələ bilmir? - İrəvanda vəziyyət yenidən qarışır

Tarix: 16-02-2022 07:41     Baxış: 4264 A- / A+
Paşinyan kimin qorxusundan Bakı ilə razılığa gələ bilmir? - İrəvanda vəziyyət yenidən qarışır"Hazırda əsas müzakirə olunan məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır".

Manevr.az milli.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, erməni xalqı Paşinyana növbəti dəfə kart-blanş ona görə verdi ki, yeni reallıqlara uyğun addım ataraq Ermənistanı hazırkı böhrandan xilas etsin:

"Prezident İlham Əliyev  müsahibəsində bir daha Azərbaycanın şərtlərini açıqladı: Sülh müqaviləsi tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra imzalana bilər. Yəni Ermənistan Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoymalıdır. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt budur. Bu olmayandan sonra regionda sülh və əməkdaşlıq münasibətləri möhkəm təməllər üzərində qurulmayacaq. O cümlədən, kommunikasiyalar açılsa belə, sülh müqaviləsi imzalanmadığı müddətcə arzuolunan iqtisadi inteqrasiya olmayacaq.

Ermənistanda isə revanşizm meyilləri güclənməkdədir. Əhalinin sosial-iqtisadi güzəranının getdikcə daha da pisləşməsi revanşistlərin əlini daha da gücləndirir. Bu isə Paşinyanın adekvat addımlar atmasına qismən maneçilik törədə bilər. Yəni dolayısı ilə 10 noyabr tarixli üçtərəfli bəyanatın maddələrinin icrasının yubanmasında Paşinyanın revanşist dairələrdən çəkinməsi müəyyən rol oynayır. Amma bu, bəhanə ola bilməz. Çünki ötən ilki seçkilərdə erməni xalqı Paşinyana növbəti dəfə kart-blanş verdi. Bu, o deməkdir ki, cəmiyyətin iqtidardan əsas gözləntisi yeni reallıqlara uyğun addım ataraq Ermənistanı hazırkı böhrandan xilas etməkdir. Bunun yeganə yolu isə Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul edərək 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməkdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar