Xəbər lenti
80 yaşlı məhbus azadlıqda - VİDEO

[b]Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən məhbusların azad olunmasına başlanılıb./b]
Manevr.az ARB Şəki-yə istinadən xəbər verir ki, əfv sərəncamına əsasən, Şəki Penitensiar Müəssisəsindən 14 nəfər azadlığa buraxılıb. Bu münasibətlə təşkil edilən tədbirdə hadisənin əhəmiyyətindən danışılıb.
Daha sonra əfv edilən məhkumlara buraxılış vərəqələri təqdim olunub. Azadlığa çıxanlar və onların ailə üzvləri, yaxınları çox sevincli olduqlarını dilə gətirərək, ölkə prezidentinə minnətdarlığını bildiriblər.
Əfv olunanlardan daha bir məhkumun isə 80 yaşı var. 1937-ci il təvəllüdlü Məmmədov Məmmədiyə Seyid oğlu qətldə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 23 may tarixli hökmü ilə məhkum edilmişdi.
Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam 423 nəfərə şamil edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar