Dünən Gürcüstan ərazisində baş verən güclü zəlzələnin yaxın ərazilərdə də hiss olunması təbiidir.
Manevr.az bildirir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, yeraltı təkan Gürcüstanın dağlıq Cavaxeti bölgəsində qeydə alınıb. Zəlzələ dağlıq ərazilərdə baş verdiyi üçün ciddi fəsadlar törətməyib.
Q.Yetirmişli bildirib ki, zəlzələnin episentri Azərbaycanla sərhədə yaxın olduğu üçün qərb rayonlarında - Qazax, Ağstafa, Gədəbəy Gəncə ərazilərində daha çox hiss edilib.
"Azərbaycanda yeraltı təkanlar hər gün qeydə alınır. Buna baxmayaraq ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Təşvişə də ehtiyac yoxdur", - deyə Q. Yetirmişli bildirib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:25-də Gürcüstan ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.trend
Xəbər lenti
Azərbaycanda zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar