Xəbər lenti
Novruz şənliyi ilə əlaqədar bağlanacaq yolların – SİYAHISI

Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Novruz bayramı ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb:
“Yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək”.
V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sabah keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı - Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə təhlükəsizliyin təmin edilməsi məqsədilə, tədbirlər tam başa çatana qədər məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































