Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərini öldürdüyü üçün həbs edilən və məhkəmədən azadlığa buraxılan qadınla bağlı apellyasiya şikayəti verilib

Tarix: 12-02-2022 21:17     Baxış: 3199 A- / A+
Ərini öldürdüyü üçün həbs edilən və məhkəmədən azadlığa buraxılan qadınla bağlı apellyasiya şikayəti verilibBakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Zərərçəkmişin hüquqi varisi birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmənin ilkin baxış iclası fevralın 24-nə təyin edilib. Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə 2021-ci il aprelin 21-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Babayeva Sevda Rasim qızı həyat yoldaşı Əskərzadə Elvin Pənah oğlunu şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla qətlə yetirib.

Daha sonra S.Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkməsinin hökmü ilə S.Babayevanın barəsində irəli sürülən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif olunub. Qadına bu maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmdə qeyd edilib ki, S.Babayevaya Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar