Xəbər lenti
Gürcüstan azərbaycanlılarının miqrasiya problemləri müzakirə olundu
Bu gün “Soydaş” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin və “Arbitrum” Vəkil Bürosunun dəstəyilə Gürcüstandan olan soydaşlarımızın miqrasiya və digər hüquqi problemlərlərilə bağlı tədbir keçirilib.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Kamran Ramazanlı məlumat verərək, bildirib ki, Soydaş İctimai Birliyi olaraq iki ildən çoxdur ki, soydaşlarımızın maraqlarını müdafiə edir, onların müxtəlif sahələr üzrə qarşılaşdıqları problemlərin həllinə yardımçı olmağa çalışır. O qeyd edib ki, Miqrasiya İdarəsilə sayca ikinci olan bu tədbirdə soydaşlarımızın ümumiləşdirilmiş problemləri müzakirə olunacaq, tədbirdə iştirak edən vəkillər isə fərdi problemlərlə bağlı soydaşlarımıza təmənnasız hüquqi yardım göstərəcəklər: “Bizə mütəmadi olaraq Azərbaycan Respublikasında yaşayan və fəaliyyət göstərən soydaşlarımız tərəfindən Miqrasiya Qanunvericilyi, Əmlak məsələləri, Cinayət hüququ, Əmək Qanunvericiliyi və digər hüquqi prosedurlarla bağlı çoxsaylı müraciətlər daxil olur. Hər zaman soydaşlarımızın suallarını cavablayır, onlara yardımçı oluruq. Qərara gəldik ki, bu dəfə daha geniş auditoriya üçün eyni anda ödənişsiz hüquqi yardım göstərək”.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və Hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev çıxış edərək, bildirib ki, son illərdə ölkəmizdə aparılan miqrasiya siyasətində soydaşlarımızın və xarici vətəndaşların daha rahat gediş-gəlişini təmin etmək üçün bir sıra tədbirlər görülüb. O, qeyd edib ki, soydaşlarımıza dəstək olmaq məqsədilə onların vaksinasiya prosesinə cəlb olunması daha da asanlaşdırılıb, onların ölkə vətəndaşları kimi vaksin olunmaları üçün hər cür şərait yaradılıb: “Lakin bununla belə soydaşlarımızın iş problemləri, vətəndaşlıq məsələləri ilə bağlı bir çox ümumi problemləri də mövcuddur ki, təbii ki, bu məsələlərə qanunvericilik nəzərə alınaraq baxılmalıdır. Belə problemlərin bir çoxu fərdi qaydada baxılmalı, ona uyğun qərar verilməlidir”.
“Arbitrium” Vəkil Bürosunun rəhbəri Polad Mehdi bildirib ki, rəhbərlik etdiyi Vəkillər Bürosu Azərbaycanda aztəminatlı ailələr üçün vaxtaşırı təmənnasız hüquqi yardım göstərir: “Bu cür hüquqi yardım aksiyaları Azərbaycan Vəkillər Kollegiyasının üzvləri tərəfindən artıq bir ənənə halını alıb. Bizim büro da Vəkillər Kollegiyasının üzvü kimi vaxtaşırı bu cür aksiyalarda yaxından iştirak edir. Soydaşlarımızın hüquqi problemlərinin, o cümlədən miqrasiya ilə bağlı ciddi problemlərinin olduğunu bilirik. Çalışırıq ki, bu problemlərin həllində onlara dəstək olaq, onları hüquqi baxımdan doğru istiqamətləndirək ki, onlar bu problemlərini həll edə bilsinlər”.
Daha sonra tədbirdə iştirak edən Gürcüstan vətəndaşlarını maraqlandıran suallar cavablandırılıb. Miqrasiya xidmətinin əməkdaşları Kəyan Hacıyev, Anar Əkbərov, Bəhruz Əmirov, Müşfiq Ramazanov soydaşlarımızın ümumiləşdirilmiş və fərdi problemlərini dinləyib, soydaşlarımızın suallarını cavablandırıblar.
Soydaşlarımızın fərdi problemlərilə bağlı vəkillər soydaşlarımıza məsləhət verib, onların problemlərinə dəstək olmağa çalışıblar. Qərara alınıb ki, soydaşlarımızla bağlı bu cür tədbirlər mütamadi keçirilsin, onların problemlərinin həllinə kömək olunsun.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar