Xəbər lenti
Zaxarova: ABŞ-a müharibə lazımdır!
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan və digər rəsmilərin Rusiyanın Ukrayna ilə bağlı hərbi planları barədə açıqlamaları onu göstərir ki, Vaşinqton özü konfliktdə maraqlıdır.Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Ağ Ev həmişəkindən daha çox isterika göstərir. Anqlosakslara müharibə lazımdır. İstənilən qiymətə... Təxribatlar, dezinformasiya və təhdidlər öz problemlərini həll etmək üçün sevimli üsuldur. Amerikanın hərbi-siyasi maşınının çarxı insanların həyatı üzərindən yenidən keçməyə hazırdır. Bütün dünya militarizm və imperiya ambisiyalarının özünü necə ifşa etdiyini izləyir”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, ABŞ rəsmiləri Rusiyanın yaxın bir neçə gündə Ukraynaya hücum edə biləcəyini bildirirlər. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































