Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni əsgərlər döyüşməmək üçün bir-birinə xəsarət yetiriblər

Tarix: 11-02-2022 22:50     Baxış: 3209 A- / A+
Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində Cinayət Məcəlləsinin özünə xəsarət yetirməklə hərbi xidmətdən yayınma, habelə qəsdən ağır və ya ağır, habelə yüngül bədən xəsarəti yetirmə maddələri üzrə cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

44 günlük müharibə zamanı 2020-ci il oktyabrın 19-da Ermənistanın Müdafiə Ordusunun N saylı hərbi hissəsinin hərbi qulluqçuları V.K. və N.A. hərbi vəzifələrini yerinə yetirməkdən müvəqqəti yayınmaq məqsədi güdərək, Hadrut-Xankəndi yolunun yaxınlığında qarşılıqlı razılaşma əsasında bir-birinə xəsarət yetiriblər.

N.A. ona təhkim olunmuş AK-74 avtomatından V.K.-nın sol çiyninə bir dəfə atəş açaraq onu yüngül yaralayıb. Daha sonra V.K. ona təhkim edilmiş AK-74 avtomatından N.A.-nın sağ baldır nahiyəsinə 1 dəfə atəş açaraq ona ağır xəsarət yetirib. Əsgərlərə qarşı ittiham irəli sürülüb. İbtidai istintaq yekunlaşıb, ittiham aktı ilə iş Sünik vilayəti üzrə ümumi yurisdiksiyanın birinci instansiya məhkəməsinə verilib. manşet.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar