Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“O avtobusa minmək şərəfdir...” – Deputatdan Mehdiyevin “cib müxalifəti” ittihamına cavab

Tarix: 11-02-2022 16:47     Baxış: 4187 A- / A+
“O avtobusa minmək şərəfdir...” – Deputatdan Mehdiyevin “cib müxalifəti” ittihamına cavab

"AMEA-nın mətbuat xidməti adından yayılan məlum bəyanatın əsl müəllifi Ramiz Mehdiyevdir. Bəyanat nə üslubuna, nə də hadisə və proseslərə yanaşma tərzinə görə əsla qəbul edilə bilməz”. 
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov AMEA-nın mətbuat xidməti adından yayılan və akademiyanın prezidenti Ramiz Mehdiyevin müdafiəsinə həsr olunmuş bəyanatı şərh edərkən deyib.

 V. Əhmədov qeyd edib ki, Ramiz Mehdiyevin bəyanatını oxuyanda insana elə gəlir ki, sanki Azərbaycan cəmiyyətində heç bir sağlam qüvvə mövcud deyil:
"Millət vəkillərindən tutmuş siyasətçilərə qədər hər kəsi hədəf alan bu bəyanat sadəcə yalan və böhtanlarla deyil, həm də hədə ritorikası ilə zəngindir. Dünya şöhrətli mütəfəkkirlərin sitatları ilə dolub-daşmasına baxmayaraq, kin və nifrət hissi ilə yazılan, bütövlükdə Azərbaycan cəmiyyəti, onun intellektual kəsimi haqqında ikrahedici mənzərə formalaşdıran bu bəyanatda yer alan fikirlərin həqiqətdən nə qədər uzaq olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir. Misalçün bəyanatda yer alan "avtobus müxalifəti”, "cib müxalifəti” kimi ifadələrin arxasında işğaldan azad edilən torpaqlarımıza avtobusla səfər edən, bu səfər, eləcə də müharibə dövründəki bəyanatları ilə dövlətlə, Prezidentlə həmrəylik sərgiləyən siyasi partiya liderləri nəzərdə tutulur.
 Ramiz Mehdiyevin diqqətinə çatdırmaq istərdim ki, vətən torpağına avtobusla səfər etməyin, dövlətlə, Prezidentlə həmrəylik sərgiləməyin ayıb sayılacaq heç bir tərəfi yoxdur. Əksinə, bu həmin səfərdə iştirak edən hər kəs üçün qürur duyulacaq şərəfli bir addım, müqəddəs bir ziyarətdir. Bundan başqa, siyasi partiya liderlərinin bu səfəri Prezident Admisnistrasiyasının birbaşa rəhbərliyi və iştirakı ilə hazırlanıb, həmin səfərdə partiya liderlərinin Administrasiyanın şöbə müdiri müşahidə edib. Belə olan halda həmin insanları sırf bu torpaqlara avtobusla səfər etdiyinə, Prezident Administrasiyasının çağırışına cavab verdiyinə görə hədəf seçmək yanlışdır və milli maraqlarımızın əleyhinə yönəlmiş bir addımdır”.
Deputat məlum bəyanatda bəzi millət vəkillərinin hədəfə alınması, onların xalq tərəfindən seçilmədiyi, məhz "təyin edildiyi” ilə bağlı ittihamlarrdan bəhs edib:
"Millət vəkillərinin "təyin edildiyini” iddia etmək hər şeydən öncə dövlətimizin demokratik imicinə, Azərbaycanda  keçirilən seçkilərin obyektivliyinə, şəffaflığına vurulan zərbədir və bu zərbənin uzun müddət Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan bir insan tərəfindən endirilməsi ayrıca təəssüf doğurur. Hesab edirəm ki, bu, dövlətimizlə yanaşı, həm də ona rəhbərlik edən cənab Prezidentimizə atılan bir böhtandır və bu dezinformasiyadan antimilli qüvvələrin maksimum istifadə etməyə çalışacağı şübhəsizdir.  Yaxşı olardı ki, Ramiz Mehdiyev şəxsi ambisiyalarını dövlət maraqlarını hədəf almadan, respublikamızın adına, onun imicinə xələl gətirmədən müdafiə edərdi. Həmçinin unutmaq olmaz ki, millət vəkillərini hədəf almaq ona səs verən seçiciləri, dolayısı ilə bütün milləti hədəf almaq deməkdir”.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar