Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Nizami Gəncəvi həyatı və yaradıcılığı” kitabı nəşr edilib

Tarix: 11-02-2022 15:01     Baxış: 3262 A- / A+


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən “Nizami Gəncəvi həyatı və yaradıcılığı” kollektiv monoqrafiyası nəşr edilib.

Kitab Prezident İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq işıq üzü görüb. Monoqrafiya İnstitut Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli 7 saylı iclas protokolunun qərarı ilə “Sənətkarın elmi pasportu - 25” seriyasında çap olunub.
“Elm” nəşriyyatında işıq üzü görən kitabın layihə rəhbəri və “Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında söz və Azərbaycan Nizamişünaslığına giriş” adlı ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.
Elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zəhra Allahverdiyeva və Aygün Bağırlıdır.
984 səhifəlik kitab Nizami Gəncəvinin həyat və yaradıcılığını tam əhatə edən ilk ümumiləşdirilmiş fundamental elmi-tədqiqat əsəridir. Monoqrafiyada Nizami Gəncəvinin yaşadığı XII əsrdə Azərbaycanın Şərq regionunda tutduğu mühüm siyasi-strateji mövqe, dahi şairin ədəbi-ictimai mühiti, böyük sənətkarın tərcümeyi-halı, milli mənsubiyyəti və yaradıcılığının qaynaqları, mövzu və ideyaları, sənətinin müxtəlif istiqamətləri elmi şəkildə təqdim olunur. “Nizami Gəncəvi həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrü Azərbaycan Nizamişünaslığının elmi yanaşmalarını və axtarışlarını əks etdirir.
Yeddi fəsildən ibarət olan kitabda Azərbaycan, türk, rus və ingilis dillərində biblioqrafiya və “Dünya Nizamişünaslığı” bölümləri də yer alıb. Kitabdakı araşdırmalar İsa Həbibbəyli, Nüşabə Araslı, İmamverdi Həmidov, Fəridə Əzizova, Almaz Ülvi, Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Samirə Əliyeva, Vəfa Hacıyeva, Yelena Teyer, Hürnisə Bəşirova tərəfindən yazılıb.


Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar