Xəbər lenti
Ramiz Mehdiyevin bu gün istefa verəcəyi gözlənilir
AMEA-nın Rəyasət Heyətinin toplantısında mühüm qərarlar veriləcəyi bildirilir
Bu gün, 8 fevral tarixinə AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib. Bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatda iddia olunur ki, toplantıda Ramiz Mehdiyev istefa verəcək. Onun yerinə birinci vitse-prezident Arif Həşimovun seçiləcəyi də bildirilir.Qeyd olunur ki, AMEA prezidenti Rəyasət Heyətinin toplantısında deyil, AMEA Ümumi yığıncağında seçilir. Bu baxımdan hətta Ramiz Mehdiyev həmin gün istefa versə belə, Arif Həşimov səlahiyyətlərin icraçısı ola bilər. Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-cu ildə gəlib. Bundan sonra qurumda baş verən korrupsiya və pulla diplom alınması haqda məlumatlar mətbuatın gündəminə çevrilib. Elə Ramiz Mehdiyevin özünün də pulla diplom alması məsələsi də diqqət mərkəzinə gəlib. 2020-ci ildə Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi pulla akademik diplomu almaqda ittiham etmişdi.
Eldar Namazovun sözlərindən sitat:
“AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin tərcümeyi-halı yerləşdirilib. Orada iki dəfə qeyd olunub ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bəs bu Nyu-York Elmlər Akademiyası nə təşkilatdır?
Eldar Namazov
Prezidentin köməkçisi vəzifəsində işləyəndə bu təşkilatdan mənə məktub gəlmişdi. Orada qeyd edilirdi ki, əgər 100 dollar ödəsəniz, akademik titulu ala bilərsiniz. 100 dollara sadə kağız, bir az artıq məbləğə isə çərçivənin içində diplom verilir. O vaxt Türkmənistan Prezidentinin də Nyu-York Elmlər Akademiyasının üzvü seçilməsi barədə məlumat yayılmışdı. Bundan sonra nüfuzlu media qurumları həmin təşkilatla maraqlanmağa başladı. İndi mən sizə o təşkilatın rəsmi şəxsinin müsahibəsini təqdim edirəm. Müsahibədə həmin təşkilatın rəsmisi deyir ki, bizdə seçki olmur. Kim pul ödəyirsə, ona diplom veririk. Jurnalist təəccüblə soruşur ki, kim istəsə akademik ola bilər? O da cavab verir ki, bəli. Daha sonra jurnalist deyir ki, mənim nəvəm var, orta məktəbdə oxuyur, o da akademiyaya üzv ola bilər. Təşkilatın rəsmisi bildirir ki, bəli və əlavə edir ki, bizdə akademiyanın üzvü olan şagirdlər də var. Beləliklə, aydın olur ki, bu təşkilat, sadəcə, diplom satmaqla məşğuldur və bu adamların saxta diplom satanlardan fərqi yoxdur", - deyə Eldar Namazov bildirib. Bir müddət əvvəl AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı ciddi ittihamların yer aldığı müsahibəsi dərc edilmişdi. Həmin müsahibədə AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin Ramiz Mehdiyev tərəfindən nədən himayə olunduğuna dair maraqlı faktlar yer almışdı. Müstəqil jurnalist Cavanşir Həsənli bu mövzu ilə bağlı maraqlı məlumat paylaşıb: “O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər”.
İttihamın müəllifi, bildiyiniz kimi, AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. İttiham ağır ittihamdır, söhbət sənədlərin saxtalaşdırılmasına gedir, onu araşdırmaq hüquq-mühafizə orqanlarının üzərinə düşür. Deməli, bu mövzu hələ ötən il ictimailəşəndən sonra Rasim Ağasiyev AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edildi, ümumiyyətlə, AMEA-dan uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Ramiz Mehdiyev təsadüfi “alim olmuş” keçmiş “pasport stol” rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və “Əcnəbilərin hüquqlari və miqrasiya” bölməsinə rəhbər təyin edib.
Rasim Ağasiyev
Rasim Ağasiyev “Femida Hüquqi Yardım” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir, onun hüquqi qeydiyyatda olduğu ünvanda “Aygün” kiçik müəssisəsi və “İmpeks” LTD qeydiyyatdan keçib. Qardaşı Akif Ağasiyev “Semaşko”nun yanında 18 mərtəbəli binanın tikintisini həyata keçirmiş “Tikişçi” MTK-nın təsisçisidir".
Bu arada AMEA-da islahatlar məqsədilə komissiyalar yaradılıb. Bu haqda Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev bildirib. Həsən Babayev “islahatların yalnız inkişafa xidmət etdiyini” vurğulayıb.
Həsən Babayev
H.Babayev aparılan islahatlarla bağlı bir neçə təklif də irəli sürüb: “İnstitutların rəhbərliyinə baş və icraçı direktorlar seçilən zaman baş direktorların daha çox idarəedici, lider xüsusiyyətlərinə sahib olması, iqtisadi sahədə böyük təcrübəyə malik olması, icraçı direktorların isə elmdə böyük uğur qazanmış şəxslərdən seçilməsi müəssisənin fəaliyyətinin daha səmərəli qurulmasına imkan verəcək. İkinci təklifim ondan ibarətdir ki, direktorlar müddətli seçilməli, onlara 2 dəfədən artıq direktor seçilmək imkanı verilməməlidir. Bundan başqa, mütəmadi olaraq elmi tədqiqatçıların fəaliyyətinin attestasiyası aparılmalı və attestasiya komissiyası öz işini ədalət prinsipi üzrə qurmalıdır. Həmçinin dissertasiya mövzuları dövlət tərəfindən müəyyən edilməli, uyğun istiqamətlərdə mövzular müvafiq institutlara yönləndirilməli, daha sonra bu istiqamətdə tədqiqat aparan şəxslər müəyyənləşdirilməlidir”. İcraçı direktor vurğulayıb ki, qeyd olunan problemlər öz həllini taparsa, Azərbaycan elmində böyük nailiyyətlərə imza atmaq mümkündür. Həsən Babayev Ramiz Mehdiyevin istefası haqda yayılan məlumatlara aydınlıq gətirməyib.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar