Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvandan sülh mesajları - “İndi Paşinyanın əsas hədəfi bu olacaq”

Tarix: 03-02-2022 22:39     Baxış: 3282 A- / A+
“Ermənistan rəhbərliyi gec-tez Qarabağdakı qanunsuz birləşmələrinin ləğvi ilə bağlı Azərbaycanın tələbini qəbul edəcək. Çünki bunu ehtiva edən sənədə imza atıb, başqa yolu yoxdur”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması istiqamətindəki son gəlişmələrə diqqət çəkib:

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılması istiqamətində praktiki nəticələrə yaxın olduqlarını deyib və Zəngəzurdan keçəcək dəmir yolunun inşası işinə başlanıldığını açıqlayıb. Bundan əlavə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası və Paşinyanın prezidentliyə namizədi Vaaqn Xaçaturyan Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasının vacib olduğunu bildirib. Xaçaturyana görə, qonşu ölkələrlə yaxşı keçinmək lazımdır.

Hesab edirəm ki, Ermənistanın bir neçə gün əvvəl istefa verən prezidenti, “Qarabağ klanı”nın üzvü Armen Sərkisyan məhz sülhə qarşı olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. Artıq Paşinyana tabe olan şəxs prezident postuna gətirilir. Beləliklə, bütün siyasi sistem tamamilə Paşinyanın əlinə keçir.
Bundan sonra Paşinyanın əsas vəzifəsi Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq olmalıdır”.

Məhəmməd Əsədullazadəyə görə, Ermənistanın bu iki ölkə ilə əlaqələrini bərpa etməkdən başqa yolu qalmayıb:

“Ermənistan buna məcburdur. Amma Qarabağdakı separatçılar bu əlaqələrə zərbə vurmaq üçün Rusiyanın tapşırığı ilə sabotaja əl atır. Ermənistan baş naziri isə Qarabağın adını çəkmir. Çünki bu məsələni qaldırmağın onsuz da çətin durumda olan Ermənistanın vəziyyətini bir qədər də pisləşdirəcəyini yaxşı bilir. Separtaçılar isə Paşinyan bu xəttinə qarşı mövqe tuturlar. Bunu da öz iradələri ilə etdiyini düşünmürəm. Ermənistan rəhbərliyi gec-tez Qarabağdakı qanunsuz birləşmələrinin ləğvi ilə bağlı Azərbaycanın tələbini qəbul edəcək. Çünki bunu ehtiva edən sənədə imza atıb, başqa yolu yoxdur”. teleqrqf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar