Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ramiz Mehdiyev urvatdan düşmədən getməlidir” - Sabir Rüstəmxanlı

Tarix: 03-02-2022 17:58     Baxış: 3309 A- / A+


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş qaldıran narazılıqların fonunda müzakirələr genişlənməkdədir. AMEA prezidenti Ramiz Mehdiyevi tənqid edənlər, istefasını tələb edənlər gündən-günə artır. Artıq elm ocağının üzvü olan deputatlar belə onu istefaya səsləyirlər.
 

Belə ki, Milli Məclisin deputatı, professor Musa Qasımlının AMEA prezidentinə qarşı dərc olunan yazısından sonra akademik, deputat Rafael Hüseynov da həmkarına dəstək verən yazı ilə mətbuatda çıxış etdi.
 
Maraqlıdır, Ramiz Mehdiyev tənqidlərdən hansı nəticəni çıxarmalıdır? AMEA prezidentinin istefa verməsi indiki məqamda nə ilə nəticələnə bilər?
Manevr.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı da həmkarları kimi düşündüyünü söyləyib.
S. Rüstəmxanlı Ramiz Mehdiyevə xətir-hörmətlə vəzifədən çıxıb getməyi məsləhət görüb:  
“Əslində mən bu müzakirəyə qarışmaq istəməzdim. 1994-95-ci illərdə Ramiz Mehdiyevlə müxtəlif məsələlərlə bağlı mübahisələrimiz olmuşdu. O zamanlar hətta Ramiz Mehdiyevin “qılıncının dalı da, qabağı da kəsən vaxtları” idi. İndi isə ona qarşı səsləndirilən fikirlər bir növ kampaniyaya çevrilib və ona görə, kənarda qalmaq istəyərdim.
Amma suallar ünvanlanır deyə qeyd edim ki, Ramiz Mehdiyevə ölkə rəhbərliyi böyük etimad göstərdi. Prezident Administrasiyasındakı fəaliyyətindən sonra Akademiyaya prezident təyin edildi. AMEA özü dövlət içərisində dövlətdir, elm məbədidir. Hər kəs orada işləməkdən qürur duymalıdır.
Ramiz Mehdiyevin akademiya prezidenti təyin edilməsilə ilk dəfə humanitar sahəyə aid olan bir şəxs buranı idarə etməyə başladı. Adətən, AMEA rəhbəri texniki sahələri təmsil edən alimlər olurdu.
Ramiz Mehdiyev bu qədər böyük etimadı dəyərləndirə bilmədisə, onun haqqında səsləndirilən tənqidlər doğrudursa, akademiyada qalmamalıdır. Bir halda ki, akademiyada fəaliyyət göstərən, rəsmi olaraq Mehdiyevdən asılı şəxslər, yaxınındakılar onun istefasını tələb edirlər, buna qulaq asıb, abırlı şəkildə vəzifədən getməlidir".
Deputat hesab edir ki, Ramiz Mehdiyev tənqidlərdən nəticə çıxarıb AMEA rəhbərliyindən istefa verməlidir:
"Yaşlı adamdır, öz urvatını qorumalıdır. Akademiyada olan problemlər, çatışmazlıqlar demək olar ki, göz qabağındadır. Elm məbədinin idarəçiliyində boşluqlar olduğu aşkardır. Bütün bunların böyüyüb, önə çıxarılıb, faktlarla, hüquq və məhkəmə qaydası ilə Ramiz Mehdiyevin qarşısına qoyulması onun yaşına yaraşacaq məqam olmayacaq. İstənilən halda müəyyən xidmətləri olub. Hələ də “beşinci kolon” mövzusu açılanda arxa fonda söhbətlər dolaşır ki, Ramiz Mehdiyev vəzifədən çıxarılsa da, əli “beşinci kolon”un üzərindədir. Ortada gəzən bu söhbətlər böyüməsin deyə, elmimizin taleyini, gələcəyini düşünərək, Ramiz Mehdiyevin vaxtında istefa verməyi bacarmağı lazımdır. AMEA-da qalmağı doğru deyil”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar