Xəbər lenti
Rövşən Rzayev gəncləri təbrik etdi

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə
TƏBRİKİ
"Əziz gənclər, Sizi əlamətdar gün – Azərbaycanda Gənclər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, yüksək təhsil alması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Azərbaycan gəncləri dövlətimizin qayğısına cavab olaraq hər bir sahədə fəallıq göstərərək, ölkəmizin tərəqqisinə mühüm töhfələrini verməkdədirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan qurtaran və Azərbaycanın ərazi bütövlüyünü təmin edən rəşadətli Ordumuzun şəxsi heyətinin mütləq əksəriyyətini gənclər təşkil etmişdir. Müasir cəmiyyətimizin ən dəyərli üzvləri kimi gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığı tarixdə əbədi yaşayacaqdır. Düşmənlərə qarşı mübarizədə fədakarlıq göstərən və həyatını qurban verən şəhid gənclərimizi bu gün rəhmətlə anır, ailələrinə səbr və dözüm diləyirik. Biz Vətən müharibəsinin iştirakçısı olan 16 əməkdaşımızla fəxr edirik.
Hazırda bizim komitənin strukturlarında işləyənlərin 42 faizini gənclər təşkil edir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda da yüzlərlə gənc çalışır. Onların hər biri bizim üçün dəyərlidir, mütləq əksəriyyəti xidməti vəziflərini məsuliyyətlə yerinə yetirir.
Əminik ki, gənclərimiz Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, Böyük qayıdışın uğurla həyata keçirilməsində də fəal iştirak edəcəklər.
Bu əlamətdar gündə gənclərimizi bir daha təbrik edir, onların hər birinə möhkəm cansağlığı, xoşbəxtlik, xidməti vəzifələrinin icrasında və şəxsi həyatda uğurlar arzulayıram!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar