Xəbər lenti
Deputat Müşfiq Məmmədli gəncləri təbrik etdi
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundan 26 il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyev əsasını qoyduğu “Gənclər günü”nün ilk forumundakı tarixi nitqi ilə dövlətimizin yeni gənclər siyasətinin traektoriyasını cızmış və bu istiqamətdə fəaliyyətin məzmun, forma və metodlarını müəyyənləşdirilmişdir. Ötən 26 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilmiş, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəallıq göstərmişdir.
1997-ci ildə Ulu Öndərimizin "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Bu gün Azərbaycanda bütün parametrlərə cavab verən sağlam gənclik yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə böyük uğurlara imza atır, mötəbər idman yarışlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.
Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə, ləyaqətlə yerinə yetirirlər. Ölkədə Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılır. Məhz həmin gənclik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Əbəs yerə deyil ki, Cənab Prezident Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonraki nitqini də məhz Azərbaycan gəncliyinə həsr etdi: “Hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Bu gün ölkəmizin döyünən ürəyi olan gənclər ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunur. Eyni zamanda gənclərimiz də Cənab Prezidentə, Dövlətə, Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqəti ilə öz bağlılıqlarını isbat edirlər.
Əziz gənclər! Azərbaycan xalqı hazırda tarixinin ən şərəfli dövrünü yaşayır. Azad edilmiş torpaqlarımızın yenidən bərpası, abadlıq- quruculuq işləri Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ən yüksək səviyyədə aparılır. Ərazi bütövlüyünü təmin etmiş dövlətimizdə qarşımızda duran mühüm vəzifələrimiz vardır. Əminəm ki, bu yolda da birlik nümayiş etdirərək bütün bilik və savadımızı, gücümüzü səfərbər edərək “Dəmir Yumruğ”un daim müvəffəq olması üçün əlmizdən gələni edəcəyik. Bu yolda hər birimizə uğurlar diləyirəm. Gününüz mübarək Azərbaycan Gəncliyi!!!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar