Xəbər lenti
Şəhid Cavid Paşazadənin xatirəsi yad olundu - Şəkillər

Binəqədi rayon camaatı, oxuduğu məktəbin müəllimləri, eləcə də ictimai təşkilatların iştirakı ilə Binəqədi rayonundakı 217 saylı məktəbin yaxınlığında Cavid Paşazadənin adına bulağın açılışı olub. Cavid Paşazadənin anası Sədaqət Paşayeva çıxış edərək , bildirdi ki, Cavidin üç bacının bir qardaşı idi. Cavid həyatsevər, ata-anaya, qonşuya, böyüyə-kiçiyə hörmət edən bir gənc idi. Bu gün oğlunun adına açılan bulaq, sanki oğlumun yola çıxan arzularıdır. Sulutəpə yaşayış massivindən keçən hər kəs, üzbəüz məhəllədə oxuyan məktəblilər ayaq saxlayıb, balamın qara mərmərdə şəkli vurulmuş bulaqdan su içəcəklər. Nə qədər ki, bu bulağın suyu qurumayıb, demək mənim balam da o qədər sağ olacaq, dedi.
Daha sonra Cavid Paşazadənin təhsil aldığı məktəbin dərs hissə müdiri Nüşabə Əhmədova söz aldı. O Vətən uğrunda şəhidlərin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu söylədi. Xatırlatdı ki, dərs dediyi məktəbdə Birinci Qarabağ döyüşlərində iştirak edən daha üç şəhid təhsil alıb. Binəqədi rayonundan 2020-i ildə döyüşə gedib qayıtmayan 76 oğul şəhid oldub. Cavid Paşazadə öz tərbiyəsi və əməksevərliyi ilə də istər məktəbin müəllim və şagird heyyətinin məhəbbətini qazanmışdı. Məktəbi bitirən kimi ailəsinə kömək etsin deyə, fəhləlik edirdi. O özünün müddətdən artıq hərbi xidmətini başa vursa da, Vətən uğrunda döyüşlərdə iştirak etməyə qərar verib. Azərbaycan belə qeyrətli oğulları ilə güclüdür.

Tədbirdə Binəqədi rayonundan olan şəhid zabitlər Xəqani Əsgərovun və Vüsal Rüstəmovun anası, Elşən Musayevin qardaşı da çıxış edərək, öz övladlarının və doğmalarının qanları ilə yazdıqları tarixlə qürur duyduqlarını söylədilər.
Daha sonra Cavid Paşazadənin çalışdığı şirkətin direktoru Eldəniz Hüseynov danışdı. O Cavidin öz işində necə intizamlı, namuslu, hər zaman evinə çörək aparmaq üçün əziyyətə qatlaşan bir qeyrətli oğul olduğunu söylədi. Bildirdi ki, öz əməli və dürüstlüyü ilə işlədiyi kollektivdə hər kəsin hörmətini qazanmışdı. Bizim kollektivin əməkdaşları bu gün də şəhid Cavid Paşazadənin xatirəsini unutmur.
Şəhid zabit Ramiq Mikayılovun qardaşı Ağa Mikayılov öz qardaşı haqqında danışdı. Söylədi ki, onun qardaşı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasını bitirmiş şərəfli bir zabit idi. Əsgərləri ilə arasında xüsusi nizam-intizam qaydası var idi. Əsgələrindən söz düşəndə Cavid Paşazadəni oğlu kimi sevdiyini deyirmiş. Komandiri Ramiq Mikayılov şəhidlik məqamına yüksələndən olandan sonra, Cavid anasına zəng vurub deyir ki, ana, məni gözləməyin, komandirimdən sonra yəqin ki, mən də çox yaşamaycağam, şəhid olacağam. Cavid şəhidliyi ilə həm də özünə ideal bildiyi komandirinə qovuşub.

Tədbirin sonunda 217 saylə məktəbin şagirdləri vətən və şəhidlərimiz haqqında şerlər oxudular.
Cavid Telman oğlu Paşazadə, 19 yaşında- 2020-ci il oktyabrın 29-da Xocavənd rayonunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Manevr.az







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar