Xəbər lenti
Bayram günlərində kredit ödənilməsə... - Üzərinə faiz gələcəkmi?

Novruz bayramında ölkədə 9 günlük qeyri-iş günü olacaq. Maraqlıdır, banklara krediti olan şəxslər borclarını necə ödəyəcək? Buna görə borcun üzərinə faiz gələcəkmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, Novruz bayramında 9 qeyri-iş gününün olması ilə əlaqədar, kredit borcları bayramdan sonrakı ilk iş günü ödəniləcək:
“Kreditlər qrafikə uyğun ödənilir. Müqavilədə kreditin ödənilmə vaxtı göstərilir. Kredit götürülən tarixdən hesablanır və bir aydan bir ödənilir. Ödəniş tarixi qeyri-iş gününə düşərsə, ödəniş növbəti iş günü ödənilməlidir. Biri var daimi qeyri-iş günü, biri də var gəzən qeyri-iş günü. Daimi qeyri-iş günü şənbə, bazar, yeni il və Novruz bayramı hesab olunur. Qurban, Ramazan bayramı isə gəzən qeyri-iş gününə aiddir. Bunu öncədən bilmək olmur. Müqavilədə də qeyd olunur, ödəmə vaxtı qeyri-iş gününə təsadüf olunarsa, növbəti ilk iş günü kredit borcu ödənilir. Novruz bayramında 9 qeyri-iş gününün olması ilə əlaqədar, kredit borcları bayramdan sonrakı ilk iş günü ödəniləcək”.
İqtisadçı əlavə etdi ki, qeyri-iş gününə görə, kredit borclarının üzərinə heç bir faiz gəlmir.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar