Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK, qar yağacaq

Tarix: 25-01-2022 12:59     Baxış: 3168 A- / A+

“Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, yəni ölkənin qərb rayonlarında hava şəraiti yağıntılı olacaq, qar yağacaq”.
Manevr.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Türkiyədəki qarlı havanın Azərbaycana təsiri barədə danışarkən deyib.
O qeyd edib ki, Azərbaycanda yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir: “Əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. Lakin yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, su qar yağması gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq və bir qədər intensivləşəcək”.
U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək: “Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20 olacaq, arabir 23-25 m/s-dək olacaq. Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar